İzahlı lüğət

OYNAQ1

sif 1. Mütəhərrik, oynar, oynayan, daim hərəkətdə olan. O baxışlarda dalğadan oynaq; Bir şəfəq var ki, nurdan şəffaf. Şaiq. [Elxan:] ..Qaldıracağım azadlıq bayrağının oynaq dalğaları [Solmazın] gülgün çöhrəsini öpəcəkdir. C.Cabbarlı.
Oynağan, şux. Qapı laybalay açıldı. Gülər ürkək və oynaq bir dağ keçisi kimi irəli yeridi. C.Cabbarlı. Sən mənim köhlənim, oynaq atımsan; Mənim yaman gündə ehtiyatımsan. M. Müşfiq. // məc. Şux, şən, gümrah. Həmişə sərt görünən Mərdan indi oynaq bir hal alaraq nəşə saçırdı. Çəmənzəminli. // məc. Cilvəli, işvəkar, şux. Oynaq qız. - Elə bil ki, lap təzəcə toy eləmiş; Cavandılar; Necə oynaq, necə şıltaq; Mehribandılar. B.Vahabzadə.
məc. İfadəli, təsirli, canlı; danışığa, sözə, üsluba yüngüllük, oynaqlıq, gözəllik verən. Oynaq dil. Oynaq ifadələr. - [Cabbarlının] əsərlərindəki qanadlı sözlər, oynaq cümlələr dillərdə dolaşırdı. S.Rəhman.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44

OHO

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed