hello...11... OVUC sözünün izahı / OVUC sözünün mənası

İzahlı lüğət

OVUC

is. 1. Əlin barmaqlar və ayadan ibarət hissəsi, əlin içi. Ovcunda saxlamaq.
..Mən ixtiyarsız ovcumu açdım və quşcuğaz da şad bir səslə uçub getdi. S.S.Axundov. [Yaşlı kişi:] Ovcumu soyuq su ilə doldurub sinəsini və döşlərini islatdım. S.Hüseyn. // məc. “Əl” mənasında. [İsgəndər:] Gərəkhər əmrimə baş əysin cahan; Ovcumda top kimi oynasın dövran. A.Şaiq.
2. Ovuc tutan qədər, ovuca yerləşən miqdar (adətən saylarla). İki ovuc buğda.
□ Ovuc (ovcun) içi kimi (tək) - aydın, aşkar, yaxşı. Ovcumun içi tək görürəm aydın; Bir şey yayınmayır nəzərlərimdən. B.Vahabzadə.
ovuc-ovuc sif və zərf Ovuclayaraq, ovuclarla, ovuc dolusu. [Nəbi:] Ovuc-ovuc içək düşmən qanını. “Qaçaq Nəbi” . Yayda mən ovuc-ovuc su içmişəm doyunca; Sənin barmaq donduran şır-şır bulaqlarından. S.Rüstəm.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

OD