İzahlı lüğət

NƏSİL

is. [ər.] 1. Əcdadı bir olan qohumlar silsiləsi; soy. Ikinci otaqda səfəviyyə nəslindən vəfat edən padşahların və namdar şahzadələrin təsviri çəkilmişdi. M.F.Axundzadə. Əsrlər, qərinələr gəlib keçir, insan nəsilləri dəyişir,.. lakin bu böyük dühalar köhnəlmir, qocalmır, çürümür. M.İbrahimov. □ Nəsli kəsilmək - 1) tamam məhv edilmək, kökü kəsdirilmək (bir nəsil haqqında). Camaatın halına ağlayan, onun dərdinə dərman axtaranların nəsli kəsilir, izi itirilirdi. H.Sarabski;
tamamilə kökü kəsilmək, yoxa çıxmaq. Bəzi nadir heyvanların nəsli kəsilib. Nəslini kəsmək - bir nəsli tamam qırmaq, məhv etmək, kökünü kəsmək. [Mahmud bəy:] Əgər Pəri adı çəksən, Qara vəzir səni öldürər, mənim də nəslimi kəsər. “Qurbani” .
Eyni vaxtda (dövrdə) yaşayan və bir-birinə yaxın adamlar. Bizdədir sinji şüurun əsli; Adımızdır yeni insan nəsli. M.Müşfiq. // Ümumi mənafe üçün fəaliyyət göstərən eyni dövrün adamları. Azərbaycan ədəbiyyatına son illərdə qüvvətli bir nəsil gəlmişdir. M.Hüseyn.
xüs. Heyvan və bitki sistematikasında: ümumi əlamətlərə malik bir neçə növü birləşdirən qrup.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

NAN

NAZ

......