İzahlı lüğət

NƏFƏR

is. [ər.] 1. Bir tək adam; kimsə, şəxs, fərd, kəs. ..Tək bircə nəfərin dəfikrinə gəlmir ki, dünyada yaşamaq ibarət deyil ondan ki, səhər dükana gedib, axşam abgüştü yeyib yatasan. C.Məmmədquluzadə. [Sultan bəy:] Hə, indi nə deyirsən, bir nəfər molla, bir kəllə qənd və üç manatpul ilə aran necədir? Ü.Hacıbəyov. // Adam haqqında saylarla. Üç nəfər gəldi. On nəfər növbə gözləyirdi. Faytondan iki nəfər yapıncılı adam düşdü. M.Hüseyn. Bir nəfər əvəz. - kim isə, birisi, qeyri-müəyyən şəxs, adam. Bir nəfər gəlib sizi soruşurdu. - [Nökər:] Vəzir sağ olsun, bir nəfər Şirazdan gəlib sizi görmək istəyir. Ü.Hacıbəyov. Təpə arasında.. tonqal yanırdı. Kənarında bir nəfər yatmışdı... Çəmənzəminli. Bir nəfərə (nəfərinə) qədər (kimi) hamısını, başdan-başa, elliklə. Milis nəfəri köhn. milisioner. Milis nəfərləri maşından düşüb şinellərini soyundular və təklifi gözləmədən dəhrə, yaba götürüb kol qırmağa başladılar. Ə.Vəliyev. Polis nəfəri - polis idarəsi işçisi. Ucaboy və namərbud hərəkətli bir polis nəfəri içəri girdi. İ.Şıxlı.
Adi əsgər, adi sıravi döyüşçü. Özünü bu şəhərin oğlu və bu mübarizənin nəfərlərindən sayan Nəriman, ürəyində xoş və parlaq bir hissin işıq kimi yandığını duydu. Mir Cəlal.
...nəfərlik - adətən saylara qoşularaq şeyin neçə nəfərə, neçə şəxsə məxsus, ya aid olduğunu göstərir, məsələn: üç nəfərlik yer tutmaq. Otuz nəfərlik süfrə hazırlamaq. Veysin atası Həbib Abdullaoğlu bu daxmada beş nəfərlik bir ailə qoyaraq vəfat etmişdi. Ə.Əbülhəsən.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed