İzahlı lüğət

NƏVAZİŞ

is. [fars.] 1. Oxşama, əzizləmə, mehribanlıq etmə, riqqət göstərmə; mehribanlıq, riqqət. Qəhrəman həqiqətən anası Gülüşgəlindən də böyük nəvazişlər görmüşdür. S.Rəhimov. □ Nəvaziş etmək (göstərmək) - oxşamaq, əzizləmək, riqqət göstərmək. Ərinin sözünə əhəmiyyət verməyən Şölə xanım ona yaxınlıq və nəvaziş göstərmək istədi. Ə.Abasov. Nəvazişlə şəklində zərf - oxşayaraq, məhəbbətlə, mehribanlıqla, riqqətlə. Sonra nəvazişlə mənə söylədi: - De, səni göndərsin atan məktəbə. A.Səhhət. Sonra birdən ağ saçlarını xatırlayaraq [Ulduz] qüssə ilə gülümsündü və nəvazişlə yaralının üzərinə əyildi. Ə.Məmmədxanlı.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

N

44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed