İzahlı lüğət

MUNCUQ

is. Müxtəlif rəngli, yuvarlaq və ya başqa formalı şüşələrdən, plastik kütlədən və s.-dən qayrılıb sapa düzülən və bəzək kimi boyuna taxılan dənələrdən hər biri, habelə bu bəzəyin özü. Muncuğu sapa düzmək. Boynuna muncuq taxmaq. - Qonşu muncuğunu götürən gərək gorda taxsın. (Ata. sözü). Boynundan bir çox kiçik və iri muncuqlar asmış bir dərviş .. əlində kəşkül və təbərzin oxuya-oxuya gedir. A.Şaiq. [Bülənd] ..Nazlının boynundakı kəhrəbaların və muncuqların hamısını dartıb qopartdı. Ə.Əbülhəsən. □ Muncuq kimi - bir biçimdə, bir boyda (adətən yumru şəkildə) olan şeylər haqqında. Üzündən muncuq kimi tər axır. // Müntəzəm sıra halında düzülmüş şeylər haqqında. Reyhan xanım daxil oldu, Rüxsarə xanımı görüncə muncuq kimi düzülmüş ağ dişləri göründü. T.Ş.Simurq.
muncuq-muncuq sif və zərf Gilə-gilə, dənə-dənə, yumru-yumru, muncuq kimi (axan tər haqqında). Muncuq-muncuq tər tökmək. - Bir az sonra görürəm bir ucaboylu oğlan; Yaxınlaşır, üzündən muncuq-muncuq axır tər. S.Rüstəm.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed