İzahlı lüğət

MƏSƏLƏ

is. [ər.] 1. Həll olunması, yerinə yetirilməsi lazım olan iş. Təkcə müəllim məsələsi olsaydı,.. Rüstəm kişi qırx kilometryolu keçib rayona getməzdi. M.İbrahimov. [Qız] vacib bir məsələ ardınca gedənlər kimi gedirdi. Mir Cəlal. // Üzərində düşünülüb müzakirə və həllini tələb edən vəziyyət, hal, iş. Məsələni müzakirə etmək. Aqrar məsələsi. Mübahisəli məsələ. - Iki saat əvvəl başlanmış bu iclasda çox mühüm məsələlər müzakirə olunmuş(du). Ə.Vəliyev. □ Məsələ qaldırmaq - bir iş və ya şey haqqında müzakirə açmaq. // Diqqət mərkəzində duran, müzakirə edilməli olan şey; iş; mətləb. Əsas məsələyə keçmək. // Zor iş, çətin iş. Müdirin qəbuluna düşmək indi bir məsələ olub. Müəyyən şərtləri gözləməklə, verilən rəqəmlərə əsasən həll edilməsi tələb olunan riyazi sual. Məsələnin cavabını tapmaq. Hesabdan məsələ həll etmək.
Elmin hər hansı bir sahəsinə həsr olunmuş bəzi elmi jurnal və məcmuələrin adı (əsasən cəmdə işlənir). “Dilçilik məsələləri” . “Tarix məsələləri” .
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed