1
MƏRKƏZ sözünün izahı / MƏRKƏZ sözünün mənası
ZE+education
kitab_satishi+

İzahlı lüğət

MƏRKƏZ

is. [ər.] 1. fiz. riyaz. Fiqurda hər hansı oxların, xətlərin kəsişdiyi nöqtə, bir cisimdə hər hansı nisbətlərin toplaşdığı nöqtə. Təzyiq mərkəzi. Dairənin mərkəzi. Simmetriya mərkəzi. Ellipsin mərkəzi.
Hər hansı bir şeyin ortası, orta hissəsi. Izdihamın mərkəzi. // Şəhərin, adətən ortasında olan və inzibati binaların, əsas ticarət və bank idarələrinin və s. yerləşdiyi hissəsi. Şəhərin mərkəzi. // Mərkəzi. Qəzənfər.. şəhərin mərkəz küçəsinə yaxınlaşdı. S.Vəliyev.
Hər hansı bir işin, rəhbərliyin, idarənin mərkəzləşdiyi yer. Şükür əvvəllərdə Güləlinin əsgərliyə alınmasını bir yanlışlıq zənn etmişdi. Hətta onun anasının dilindən mərkəzə bir ərz-hal da yazmışdı. S.Hüseyn. [Səriyyə] əvvəlcə [Nuriyyəni] mərkəzdən gəlmiş təhkimçi hesab etdi. İ.Əfəndiyev.
Hər hansı bir yer, ölkə və s. üçün inzibati, sənaye, mədəni və b. cəhətdən əhəmiyyəti olan şəhər, böyük yaşayış məntəqəsi. Inzibati mərkəz. Ticarət mərkəzi. - Sərxan tez-tez qəza mərkəzinə gedib-gəlirdi. M.Hüseyn. Rayon mərkəzindən çıxıb sola burulanda pöhrəliyin ortası ilə dolayı yol uzanır. Ə.Vəliyev.
Hər hansı bir işi idarə edən ali rəhbərlik orqanı (orqanları). Mərkəzin göstərişi. Mərkəzdən alınan direktivlər. Müəyyən işlə məşğul olan bəzi idarə və ya şöbə adlarının tərkibində işlədilir. Televiziya mərkəzi. Elmi informasiya mərkəzi. Sinoptika mərkəzi.
fiziol. Orqanizmin bu və ya başqa vəzifəsini tənzim edən sinir hüceyrələri qrupu. Hərəkət mərkəzi. Tənəffüs mərkəzi.
Parlamentlərdə: (sağlarla sollar arasında) aralıq partiyalar və qrupların adı.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
1
ugur_200x200.gif
ld.gif
qalaktika_200x200.gif
alsat_250x220.png
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
file exisy