İzahlı lüğət

MƏRHƏLƏ

is. [ər.] 1. Bir şeyin inkişafında keyfiyyətcə öz xüsusiyyətləri olan dövr, moment. Inkişafın yüksək mərhələsi. Müəyyən mərhələ. - Azərbaycan dramaturgiyasının inkişafında C.Məmmədquluzadənin komediyaları xüsusi bir mərhələ təşkil edir. M.İbrahimov. Plantasiyada işin başqa mərhələsi başlanmışdı. H.Seyidbəyli.
köhn. Birgünlük yol, iki mənzil arası.
klas. Yer. Mümkün deyil, Füzuli, cahanda iqamətin; Bihudə sən bu mərhələdə məskən eylədin. Füzuli. Seyid, qayıt bu mərhələdən, kəs ayağını; Axır bu rahimeygədənin bir məalı yox. S.Ə.Şirvani.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed