İzahlı lüğət

KƏNDİRBAZ

is. 1. İp üzərində gəzmək və atılıb-düşməklə cürbəcür oyunlar göstərən adam; canbaz. Kəndirbazların çıxışı. - Qız uşağını özbaşına buraxsan, .. kəndirbaza ərə getmək istər. M.S.Ordubadi. [Rəqslərin] ahəngi altında oynayana və atılıb-düşənə rüstümbaz və ya kəndirbaz deyərlər. H.Sarabski.
// Bu cür ip üstündə nömrələr göstərən sirk artisti; akrobat.
2. məc. Hoqqabaz, oyunbaz. [Əhməd:] Nədən ötrü məni axtarırsan, ay hiyləbaz, kəndirbaz, oyunbaz, kəkilbaz? N.Vəzirov. [İsmayıl:] ..Əntərzadə bir maarif işçisi deyil, xaliscə bir kəndirbazdır. Mir Cəlal.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed