İzahlı lüğət

KORLUQ2

is. Ehtiyac, çatışmazlıq, sıxıntı, əziyyət. [Osetiya torpağının] çaydan, sudan korluğu yoxdur. M.İbrahimov. [Pakizə xala:] Mən onu ayazda, soyuqda, pis gündə, korluqda böyütməkdə ikən məktəb onu qucağına aldı. Mir Cəlal. □ Korluq vermək - 1) başqasını incitmək, əziyyət vermək. Qonşuya korluq vermək; 2) sıxıntı vermək, lazımi qaydada baxmamaq. [Gülsənəm:] Yox, oğul, insafən biz mal-qaraya korluq vermədik. M.Hüseyn. [Bərbərzadə:] Mən isə, tərsinə, özümə korluq verən deyiləm. S.Rəhman. Uşaq
olma, yeməyinə korluq versən zəif düşərsən... Mir Cəlal. Korluq etmək dan. - müəyyən müddət üçün hazırlıq görmək, azuqə toplamaq. Taxıl korluq etmək. Ağac (odun) korluq etmək. Korluq çəkmək - ehtiyacda olmaq, sıxıntı çəkmək, zillət çəkmək, ağır günlər keçirmək, əziyyət çəkmək. Sudan korluq çəkmək. Paltardan korluq çəkmək. - [Hacı Osman:] Bu il qoyunlarımız korluq çəkməyəcəklər ki. N.Vəzirov. [Hacı Əhməd Almaza:] Biz eşitdik, azuqə sarıdan korluq çəkirsiniz. C.Cabbarlı. [Müvəkkil Firəngizə:] Görünür yamanca korluq çəkmisiniz. B.Bayramov. Korluğunu çəkmək - birinin olmamasından mənəvi əzab hiss etmək, birinin intizarında olmaq, həsrətini çəkmək. [Qurban:] Sabahın xeyir, a Fatmanisə, kişinin korluğunu çəkmirsən ki. Ə.Haqverdiyev.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed