İzahlı lüğət

KÖÇMƏK

f 1. Yaşayış yerini dəyişmək, bir yerdən çıxıb başqa yerə gəlmək, daşınmaq. Təzə mənzilə köçmək. Şəhərdən kəndə köçmək. - Kazım dayı, Telligili köçdülər; Deyə, bir səs onu həmən ayıltdı.. M.Müşfiq.
İqlim, yem və b. şəraitlə əlaqədar olaraq yerini dəyişmək, bir yerdən başqa yerə (uçub) getmək. Balıqlar çaydan gölə köçdü. Quşlar isti ölkələrə köçdü. - Cəfayi-xari görüb köçdü bağdan bülbül. Füzuli. Yenə qatar-qatar hara köçürsüz? M.Rahim.
məc. Ərə getmək, gəlin getmək. Şah qızı əmirə köçəndə özü ilə qarabaş paltarında beş cəlladaparmışdı. (Nağıl). [Vəzir:] [Xan] bu saatda Nisə xanımdan ötrü biixtiyardır və mənə buyurdu ki, bir həftəyədək onun köçmək tədarükünü gör! M.F.Axundzadə.
məc. Ölmək, dünyadan getmək. Köçdü, heyf oldu, gözəl. Vaqif dəxi düşməz ələ: Bir siyah kirpik ucundan bağrımı dələ-dələ.. M.P.Vaqif. Vədə yaxınlaşıb, köçmək çağıdır; Bir özgə diyara bu gündən belə. Q.Zakir. Yarat, sən köçəndə ellər söyləsin: Dünyadan nə gözəl bir insan gedir. M.Rahim.
□□ Dünyadan köçmək, o dünyaya köçmək
b a x dünya.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed