İzahlı lüğət

KİRPİK

is. 1. Göz qapağının kənarlarındakı tükcüklər. Uzun kirpiklər. - Anamın buz məzarından; Bilirəm ki, neçə dəfə; Torpaq alıb kirpiklərin. M.Araz. Qızarmış yanaqları, uzun kirpikləri, iri gözlərinin süzgün baxışı ona məlahət verirdi. T.Ş.Simurq. □ Kirpiklərini endirmək - yerə baxmaq. Kəmalə məndən utanırmış kimi kirpiklərini aşağı endirdi. M.Hüseyn. Mehriban kirpiklərini ağır-ağır endirdi. H.Seyidbəyli. Kirpiklərini qaldırmaq - gözlərini açmaq; baxmaq, süzmək. O, kirpiklərini qaldırıb yarıaçılmış qapıya baxdı. M.İbrahimov. Məsum kişi .. kirpiklərini qaldıranda havanın tamam qaranlıqlaşdığını görüb yatağını açdı.. Mir Cəlal. Kirpiklərini qırpmaq - tez-tez gözlərini açıb yummaq. İmi.. kirpiklərini tez-tez qırpmağa başladı. İ.Əfəndiyev.
2. xüs. bax kirpikcik.
□□ Kirpik çalmaq (çaxmaq) - heyrətdən, təəccübdən tez-tez gözlərini açıb yummaq. Ovçu gendən yayındı; Oxu məndən yayındı; Bir dəfə kirpik çaldım; Gözüm səndən yayındı. (Bayatı). Kirpik çaxdı, oğrun baxdı; Od saldı cana, yeridi. Aşıq Ələsgər. Səriyyə xanım .. kirpik çalır və ağzındakı saqqızını yavaş-yavaş çeynəyirdi. M.S.Ordubadi. Kirpik (kirpiklərini) döymək- b a x kirpik çalmaq. [Rəşid] ani olaraq uzun kirpiklərini döyərək qara, nazik qaşlarını tərpətdi. M.İbrahimov. Yusif kirpiklərini döyüb özünü oyaq göstərməyə çalışdı. B.Bayramov. Əlləzoğlu kirpiklərini tez-tez döyüb bic-bic irişdi. İ.Hüseynov. Kirpik (kirpiklərini) qırpmamaq (qırpmadan) - dik, diqqətlə, gözlərini yummamaq (yummadan). Qoca bunları görmür kimi kirpiyini belə qırpmır. Çəmənzəminli. [Gülsənəm:] də kirpiklərini qırpmadan Cəmilə baxırdı. M.Hüseyn. Kirpikləri titrəmək - hirslənmək, haldan çıxmaq. Bu ana qədər buxarının istisindən xumarlanan və qərarından getməyən Rəhim bəyin kirpikləri titrədi.. M.Hüseyn. Kirpiyi (kirpikləri) ilə od götürmək (qaldırmaq) - çox ağır əziyyət, zülm çəkmək.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed