İzahlı lüğət

KEÇİRMƏK1

f 1. Yönəldərək, istiqamətləndirərək bir yerdən keçib getməsinə, ya bir yerə keçməsinə kömək etmək, ya keçməyə məcbur etmək. Qonaqları yuxarı başa keçirmək. Mal-qaranı çaydan (meşədən, körpüdən) keçirmək. Sərhəddən qoşun keçirmək. - Rüstəm kişi maşını kəndarası küçələrdən keçirib, palçıqlı araba yoluna çıxdı. M.İbrahimov. // Yanınca, yaxud qucağında, dalında bir şeyin içərisindən o biri tərəfə aparıb çatdırmaq. Uşağı çaydan keçirmək. Küçənin o biri səkisinə keçirmək.
Taxmaq, geydirmək. Barmağa üzük keçirmək. Pəncərənin çərçivəsini keçirmək. Iynəyə sap keçirmək. Qol-qola keçirmək. Çəkməni ayağına keçirmək. Yorğana üz keçirmək.
Başqa işə, xidmətə, yerə təyin etmək, qoymaq. Kiçik elmi işçi vəzifəsinə keçirmək. Uşağı musiqi məktəbinə keçirmək. Ayrı işə keçirmək. Futbol komandasını “B “qrupuna keçirmək.
Maşının və s.-nin iş üsulunu, xarakterini dəyişdirmək. Zavodu yeni iş üsuluna keçirmək. Təsərrüfat hesabına keçirmək. Həyata keçirmək, yerinə yetirmək, icra etmək. Iclas keçirmək. Müsabiqə keçirmək. Əkin kampaniyası keçirmək. Hərbi manevr keçirmək.
Yazmaq, aid etmək, daxil etmək. Məbləği bir hesabdan başqa hesaba keçirmək. // Bir şeyi (mülkü, hüququ və s.) rəsmi yolla
başqasına vermək, onun adına yazdırmaq. Evi oğlunun adına keçirmək.
Bir şəxsin duyduğu həyəcan və s. hissləri bildirir. Iztirab keçirmək. - Çox cavan idim, həyəcan keçirirdim. A.Şaiq. Azər Mərəndi mütərəddid bir hal keçirirdi. M.İbrahimov. Cavahirin keçirdiyi həyəcan Teymuru da get-gedə həyəcanlandırırdı. H.Seyidbəyli.
Bir müddət bir yerdə yaşamaq, olmaq, qalmaq. Uşaqlığını kənddə keçirmək. Ömrünü fəhləlikdə keçirmək. Köçəri həyat keçirmək. - Düşündüm, düşündüm, axırda gecəni bir qaya altında keçirmək üçün yavaş-yavaş dağa dırmaşdım. A.Şaiq. [Turxan bəy:] [Cəmil bəy] ..Borjoma gəlmiş, yorğunluğunu çıxarmaq üçün yazı orada keçirəcəkmiş. H.Cavid. // Bir şəxsin halını, vəziyyətini bildirir. Ağır həyat keçirmək. Gününü xoş keçirmək. Bütün günü başağrısı ilə keçirmək. // Vaxtının bir hissəsini bu və ya başqa bir şeyə həsr etmək və ya istifadə etmək. Vaxtını şən keçirmək. Bütün vaxtını məşğələlərdə keçirmək. Vaxtının çoxunu işdə keçirmək.
xüs. Keçiricilik (istilik, elektrik, səs və s.), keçirmə qabiliyyətinə malik olmaq. Metal istilik keçirir. Izolyatorlar elektrik keçirmir.
məc. Ötürmək, sovuşdurmaq. Rüstəm kişi Qara Kərəmoğlunun sözünü zarafatla keçirmək istədi. M.İbrahimov.
məc. Çəkmək, görmək, başına gəlmək. Xəstəlik keçirmək.
Qəbul etdirmək, təsdiq etdirmək; bir şeyin qəbuluna, təsdiqinə, tətbiqinə nail olmaq. Məsələni iclasdan keçirmək. Təklifi keçirmək. Layihəni keçirmək. İsimlərlə yanaşı işlədilib, mürəkkəb feil və ifadələr düzəldilir; məs.: qılıncdan keçirmək, gözdən keçirmək, fikrindən keçirmək, nəzərdən keçirmək.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed