İzahlı lüğət

KEÇİCİ

sif. 1. Hər hansı bir yarışda və s.də yeni qaliblərə, birincilik qazananlara verilən. Keçici kubok. - O kimdir külüngü dağ kimi vurur? Keçici bayraq da yanında durur? S.Vurğun. Görünür qabaqda keçici bayraq; Onun yarış adlı şüarı vardır. H.Arif.
Müvəqqəti, ötəri. Keçici yağış. Keçici sevinc. Keçici həvəs. - Bu qara gün keçicidir, bir gün bitər, inləmə; Bağçamızda sarı bülbül yenə ötər, inləmə. A.İldırım. [Bəxtiyar:] Yox, Cəlal, bu qədər hissə qapılmaq; Gəncliyin keçici hissidir, ancaq. S.Vurğun.
Bir neçə il davam edən, keçən ildən qalan, gələn ilə qalan. Keçici mövzu. Keçici məbləğ.
Yoluxucu, yoluxan, keçən. Keçici xəstəlik.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed