İzahlı lüğət

İTİRMƏK

f 1. Diqqətsizlik üzündən harada isə salmaq, yaxud məlum olmayan yerə qoymaq, hara qoyduğunu bilməmək. Açarı itirmək. - ..Mən .. gördüm, pullarını itirmişdi, bütün ciblərini axtardı, çevirdi, axırda birindən tapdı. C.Cabbarlı. // Qeyb etmək, əlindən çıxarmaq. ..Sevdiyi qızı həmişəlik itirə biləcəyi fikri [gənci] dəli edə bilərdi. Ə.Əbülhəsən.
2 məc. Məhrum olmaq, qeyb etmək. Oğlunu itirmək. Ərini itirmək. Dostunu itirmək. - Zəhra analarını itirmiş bu üç qızın halını, ürəkparçalayan səmimi göz yaşlarını görərək ixtiyarsız gözləriyaşardı. S.Hüseyn. Ata-anasını (ata və anasını) itirmək
yetim qalmaq. Lap balaca yaşlarında o, ata və anasını itirmişdi. M.İbrahimov.
Malik olduğu əvvəlki keyfiyyətindən məhrum olmaq. Təravətini itirmək. Danışıq qabiliyyətini itirmək. Işləmək qabiliyyətini itirmək. - Araba yolunun kənarlarındakı qanqal və sirkanlar yaşıl rəngini çoxdan itirib bozarmışdı. M.İbrahimov. Sonradan kor olanlar gün işığından danışan kimi [Səttarzadə] də itirdiyi cavanlığından həsrətlə danışır. Mir Cəlal. Hədər yerə, mənasız, səmərəsiz sərf etmək. Boş-boşuna pul itirmək. - Dünənki aydın havada Cavanşir qəsəbəsindən çıxmaması, günü hədər itirməsi Zərrintac xanımı ağrıdır. S.Rəhimov.
Yox etmək, yoxa çıxarmaq. Deyərəm, nökərlər başını kəsər; Itirərlər, qalmaz səndən bir əsər! H.K.Sanılı. // Qovmaq, rədd etmək.
məc. Örtmək, gizlətmək. Bu gün [Salmanın] paltarı bədəninin yastı-yapalaqlığını bir qədər itirirdi. M.İbrahimov.
Bax itirtmək. [Əhməd:] ..Hərgah Cabbar bəy razı olsa, mən onun oğlunu bir gündə bu vilayətdən itirrəm. N.Vəzirov. Köməkçi feil kimi isimlərlə yanaşı işlədilərək mürəkkəb feil və müxtəlif ifadələr düzəldilir; məs.: ağlını itirmək, başını itirmək, özünü itirmək, huşunu itirmək.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed