İzahlı lüğət

İLTİMAS

is. [ər.] Xahiş, rica. Mən yüzbaşının iltimasına görə bu kağızı cırıram. Məmmədquluzadə. Çoxlar getdi iltimasa, gəlmədin; Vaqif öldü, neçin yasa gəlmədin? M.P.Vaqif. Əslində Qədirin nə üçün sarınmağını bilməyən ağsaqqallar iltiması dərhal qəbul etdilər. Mir Cəlal. □ İltimas etmək (eləmək) - xahiş etmək, rica etmək, minnət eləmək. Koroğlu iltimas eylər; Bala, incitmə Qıratı! “Koroğlu”. Obanın ahılcahılı Kərəmdən bir az oxumasını iltimas elədilər. “Əsli və Kərəm”. İltimas eylərəm, gedən canlara; Dost-düşmən içində yar oynamasın. Aşıq Ələsgər.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed