İzahlı lüğət

İŞGƏNCƏ

is. [fars.] Vəhşi və amansız üsullarla verilən cismani əzab. [Qətibə:] [Hüsaməddin] azacıq bir işgəncə nəticəsində bizim bütün sirlərimizi Qızıl Arslana verəcəkdir. M.S.Ordubadi. Gör necə vermiş rəiyyət bəylə pəncə-pəncəyə; Kəndliyə, rəncbərlərə bax, bir olan işgəncəyə. Ə.Qəmküsar. [Qaragün:] [Şübhəli adamı] sabaha qədər işgəncələrlə dindirdim. M.Rzaquluzadə. // Ümumiyyətlə, əzab, əziyyət, zülm. Burdan uzaq Gəncədir; Zülfün pəncə-pəncədir; Ölüm bir dəfəlikdir; Ayrılıq işgəncədir. (Bayatı). Nəyə gərək bahar, - dedim, - nəyə gərək əyləncə; Qan qardaşım zalımlardan görürkən min işgəncə. S.Rüstəm. Gülnaz və Səriyyə xala gecə yarısı, ayyarımlıq dözülməz əzab və işgəncədən sonra ilk dəfə rahat yataraq yuxuya getdiyi zaman [Səadət] hələ gəlməmişdi. M.İbrahimov. □ İşgəncə etmək (vermək) - əzab vermək, əziyyət vermək, çox incitmək. [Xacə Nizam:] Mən də bir xeyli üzüldüm o gecə; Etdilər öncə bir az işgəncə. H.Cavid. Necə ola bilər ki, ata-ana öz yeganə övladına bu qədər işgəncə versin?! İ.Hüseynov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed