İzahlı lüğət

İSLAH

is. [ər.] Qüsur və nöqsanlarını aradan qaldıraraq yaxşı hala salma, yaxşılaşdırma, düzəltmə, yaxşılaşdırılma, düzəldilmə, düzəlmə. Həzrət Əşrəf bilir ki, maarif nəqliyyat, ziraət, ticarət və sair işlərimizin islaha böyük ehtiyacı vardır. M.S.Ordubadi. Indi ki sən gördün özün-özünü; Islah yolundasan, oğlan, sən demək. B.Vahabzadə. □ İslah etmək - düzəltmək. [Qüdrət:] Məncə, şərtlərdə qüsur yoxdur, qüsuru şəxsən özünüzdə axtarıb tapsanız və onu tezliklə islah etsəniz, həm biz qazanarıq, həm də siz. M.Hüseyn. Müəllimə fikrə gedir; Şagirdinə “iki “yazıb; Nöqsanını islah edir. M.Dilbazi. İslah qılmaq köhn. - b a x islah etmək. Bari xudaya, özün islah qıl; Ta edələr pirü cavan sülh, sülh. M.Ə.Sabir.
□□ İslah evi - cinayətkarları islah etmək üçün xüsusi yer; dustaqxana. Bu danışıqdan sonra hökumət məmurları şəhərə döndülər, dustağı da şəhər islah evinə keçirdilər. E.Sultanov. Islah evi şəhərin bir kənarında, rayon milis idarəsinin yaxınlığında idi. S.Rəhimov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed