1
IFTAR sözünün izahı / IFTAR sözünün mənası
ZE+education
kitab_satishi+
Tehsilmerkezleri+az.+mid+ads

İzahlı lüğət

IFTAR

is. [ər.] din. Oruc açma, oruc açdıqda yeyilən yemək. Xavərimsə bu gün oruc tutmuş olduğundan, axşam üçün iftar tədarükü görürdü. T.Ş.Simurq. □ Iftar açmaq (yemək) - oruc açmaq. Axund iftarı yeyib, təsbehi alır əlinə, başlayır hesablamağa. Ə.Haqverdiyev. Tacir qızı isə: - Axund oruc idi, bir saat bundan əvvəl iftarını açıbdır. - dedi. M.S.Ordubadi. // Oruc açma vaxtı, gün batanda. Molla cavabında deyir:
Niyə ayıb olur ki, iftar vaxtıdır da.. “M.N.lətif.” Iftara bir az qalanda mömin müsəlmanlar təsbeh çevirə-çevirə, dodaqları duanı vird eləyəndə, ürəkləri də plov çağırır. C.Məmmədquluzadə. Bu top orucluqdan orucluğa, bir dəfə obaşdan, bir dəfə iftarda atılardı. P.Makulu.
Öz fikrinizi bildirin
ugur_200x200.gif
ld.gif
qalaktika_200x200.gif
alsat_250x220.png
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif