İzahlı lüğət

HƏRÇİ

zərf[fars.] Hər nə qədər, nə qədər. Hərçi səy etdisə, bir şey çıxmadı. Hərçi çalışdısa, şeri əzbərləyə bilmədi. - Mirzə Səfər hərçi çalışdısa, ikinci misra gəlmədi. Neçə dəfə təpiyini yerə çırpdı, şərabın hamısını içdi, misra gəlmədi ki, gəlmədi. Ə.Haqverdiyev. Aslan hərçi fikir etdisə, heç bir yerə gümanı gəlməyib, naçar qardaşının başını qucaqlayıb dedi.. C.Cabbarlı.
□□ Hərçi bada bad [fars.] - nəticəsi, aqibəti, nə ilə qurtaracağı bəlli olmayan bir işə iqdam etdikdə, girişdikdə deyilən ifadə. Molla “hərçi bada bad” deyib, girir dükana, bir tərəfdən döşənir halvanın üstünə. “M.N.lətif.” [Hamı:] Qəm yemə, hərçi badə bad; O olmasın, bu olsun. U.Hacıbəyov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

H

44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed