İzahlı lüğət

ƏZAB

is. [ər.] 1. Əziyyət, üzüntü, işgəncə. Toy-bayramdır bu dünyanın əzabı; Ağlı olan ona gətirər tabı. M.P.Vaqif. [Nuriyyə:] Əvvəl günlər, dünyada hər əzabın bir sonu olduğunu düşünərək özümə təsəlli verirdim. İ.Əfəndiyev. Əzaba, zəhmətə qatlaşmayaraq; Biz şəkilə baxıb şəkil çəkirik. B.Vahabzadə. □ Əzab çəkmək - əziyyət çəkmək, sıxıntı çəkmək, dərd çəkmək, möhnət çəkmək. [Əsgər:] ..Istəyirəm qızı tez gətirsinlər ki, yazıq daha əzab çəkməsin. Ü.Hacıbəyov. Bağladım vəcdə gəlib hüsnünə şerimlə kitab; Bu yolun yolçusu tək dərdə dözüb çəkdim əzab. S.Rüstəm. Əzab görmək - 1) bax əzab çəkmək; 2) cəzalandırılmaq. Əzab vermək (etmək) - əziyyət vermək, cəfa vermək, sıxıntı vermək, işgəncə vermək, incitmək. Təklifi-cənnət eyləmə kuyində könlümə; Çün cənnət əhlidir, nə verirsən əzab ona? Füzuli. [Sitarə:] Fərhad, Fərhad, niyə mənə əzab verirsən, vicdanımı arçalayırsan? C.Cabbarlı. Sanki tale [Vahidə] əzab verir, bütün düşünülməmiş işlərinin hayıfını çıxırdı. İ.Hüseynov. Əzaba salmaq - əzaba, əziyyətə düşməsinə səbəb olmaq. Salıbdır könlümü zülfün əzaba. Q.Zakir. Cəhənnəm əzabı - çox böyük əzab, əziyyət. [Tükəzban:] Fəhlələr yenə cəhənnəm əzabından qurtulmadılar. M.Hüseyn.
2. Şiddətli mənəvi sıxıntı, əziyyət, ürək acısı. Vicdan əzabı. - Xüsusilə Mayaya göstərdiyi üz, dediyi sözlər yadına düşəndə Qaraş əzabdan qovrulub yanırdı. M.İbrahimov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed