İzahlı lüğət

EYHAM

is. [ər.] İkimənalı, üstüörtülü söz və ya ifadə; işarə. Bir otaqda oturuban biz ilən; Könlümü aldığın şirin söz ilən; Gah eyham, işarə, gah göz-qaş ilən; Gah həzin güftguyun istərəm. Q.Zakir. Həsən ağanın rəngi dəyişir: - Nə demək istəyirsən, bu eyhamların mənası nədir? Ə.Haqverdiyev. Nərgiz xanım düşünür: yazıq Azad, Ulduz mənim qızımdırsa, o sənin bu eyhamını çox çətin başa düşəcək.. Ə.Məmmədxanlı. □ Eyham atmaq (vurmaq, etmək)
kinayəli, üstüörtülü söz demək, işarə vurmaq. [Ələkbər:] Sən Səlimnaz xanıma eyham atırsan? N.Vəzirov. Kürən at xatakar olar ha.. - deyə Nadir nəyə isə eyham etdi.. B.Talıblı. Sabir yenə qımışdı. O, belə eyhamlar vurduqca Məşədi bəyin xoşuna gəldiyini çox aydın hiss edirdi. M.Hüseyn. Eyhamla danışmaq (demək) - danışarkən üstüörtülü, eyhamlı sözlər işlətmək, işarə ilə danışmaq. Eyhamla, işarə ilə danışdığı, Maralın nə isə bir şey duyduğunu sübut edirdi. Ə.Əbülhəsən. Xanpəri “Həcərin qızı Gülşən xanım “ sözlərini çox eyhamla, bəlkə də istehza ilə demişdi. Ə.Vəliyev.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

E1

44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed