İzahlı lüğət

EYBƏCƏRLİK

is. 1. Eybəcər şeyin halı; kifirlik, çirkinlik, biçimsizlik. Səməd acıqlandığı zaman üzündəki eybəcərlik daha aydın gözə çarpırdı. M.Hüseyn. ..Eybəcərliyinə görə heç kəs [Cumanın] adını çəkmir. Ə.Əbülhəsən.
2. məc. Kəsir, nöqsan, çatışmazlıq, biabırçılıq, qeyri-normal hal, iş, vəziyyət. Gör onda neçə-neçə biabırçılıqların üstü açılar, pərdələr götürülər, eybəcərliklər görünər? S.Rəhimov. Vəlini düşündürən bütün eybəcərliyi ilə hiss etdiyi həyat məsələləri idi. M.Hüseyn.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
first box will be shown second NOT

Bağla
..................