Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

EV

is. 1. Yaşayış binası, həmçinin müxtəlif müəssisə və idarələri yerləşdirmək üçün bina, tikili. Kərpic ev. Daş ev. Yaşayış evi. Altımərtəbəli ev. - On üç il bundan irəli evləri yazanda Danabaş kəndinin tüstü çıxanı düz altı yüz əlli ikiyə çatmışdı. C.Məmmədquluzadə. Şose yolu kənarında, sarı kirəmitli .. bir ev görünürdü. M.Hüseyn. // Mənzil, otaq, ailənin yerləşdiyi yer. Evə getmək. Evdən gec çıxmaq. Ev yığışdırmaq. - [Mərcan bəy:] Əlbəttə, boşayacağam, təvəqqe edirəm ki, bu gün mənim evimdən çıxasan. Ü.Hacıbəyov. [Hacı Nəsir:] Bir kasıb kişinin qızını alıb evimə gətirəcəyəm. S.S.Axundov.
Zəhmətkeşlərin hər hansı bir mədəniməişət ehtiyaclarına xidmət edən ictimai müəssisə, yer. Ziyalılar evi. Körpələr evi. Müəllimlər evi. - Mədəniyyət evinin işıqlı və böyük zalı adamla qaynaşırdı. M.İbrahimov.
Ailə, oğul-uşaq, külfət mənasında. Evinə yaxşı baxır. Evin dərdini çəkmək. Evinə bağlı adam. - [Məşədi Səttar:] Əhvalın necədir, ev, uşaq salamatdırmı? Ə.Haqverdiyev. □ Ev açmaq (qurmaq) - özünə ayrıca ailə qurmaq. O, ata-anasından ayrılıb özünə ev açdı. - [Kəmtərov və Leyla] indi belə güman edirdilər ki, dəm-dəsgahlı ev qurmaq istəyənlərin, oxumuşluğun, qarşılıqlı sevgi ilə qurulmuş ailənin qaydası belədir ki, var. Mir Cəlal. Ev adamı ailənin üzvü və ya ailəyə yaxın şəxs. Başqa vaxt olsaydı, çoxdan ev adamından biri cumub [Həmzənin] paltosunu, papağını alaraq asqıdan asmışdı. Ə.Əbülhəsən;
köhn. evfemistik yolla ərin öz arvadının adını çəkməmək üçün işlətdiyi ifadə. [Qoca kişi:] Çünki dünən Yarməmmədin ev adamı gəlmişdi bizə, qarabaşımıza demişdi ki, Kərbəlayı Səfər evə gəlsə, ona bir de, gəlsin, bizim uşağa baxsın. C.Məmmədquluzadə. Ev arvadı (qadını) - heç bir müəssisə və ya idarədə işləməyib, ancaq ev işləri və təsərrüfatı ilə məşğul olan qadın, evdar qadın. [Hurizad oğluna:] Yaxşı, elə oxumuş qızdan ev qadını olarmı? - deyə ciddi sima ilə sordu. Çəmənzəminli. Üst qatlarda ev arvadı yoxdur ki? Mir Cəlal. Ev qulluqçusu - muzdla başqasına müxtəlif ev işləri görən qadın (qız). [Məsmə:] ..Mənim həyatımın ikinci səhifəsi 23-cü ilin baharından başlayır. Bu zaman ev qulluqçularının sığorta edilməsi üçün qanun nəşr edilmişdi. S.Hüseyn. Ev olmaq, ev yiyəsi olmaq evlənmək, ailə qurmaq, ev-eşik sahibi olmaq. [Soltan bəy:] Qızım, inad olma, .. gedərsən ərə, oğul-uşaq sahibi olarsan, ev yiyəsi olarsan. Ü.Hacıbəyov. Zarafat deyil, evlənir, ay parçası kimi bir qız alır. Ev olur, daha yurdsuzluqdan çıxır. Mir Cəlal. Ev sahibi, ev yiyəsi məc. - ailənin başçısı, evin böyüyü. Qonaq qonağı sevməz, ev yiyəsi hər ikisini. (Ata. sözü). Tahir ev yiyəsini bir də çağırdı. M.Hüseyn. Ev tökmək - evin hər tərəfini silib-süpürmək, tamam təmizləyib yığışdırmaq. Evdən çıxmaq - ailədən küsüb getmək. [Mehriban] Rəmziyyəsini kimə tapşırıb evdən çıxır, onları tərk edirdi. S.Hüseyn. Heyvan adlarının əvvəlində onların evdə bəsləndiyini, əhliləşmiş olduğunu bildirir. Ev heyvanı. Ev quşu. Ev arısı. - Ev danası ev danasından qorxmaz. (Ata. sözü). Məşhur sayaçı sözlərində ev heyvanları birbir zikr olunur. F.Köçərli.
Bəzi sözlərin əvvəlində, həmin sözlərin ifadə etdiyi şeylərin evlə bağlı və ya evə aid olduğunu, evdə işləndiyini, evdə hazırlandığını, yaxud evdə icra edildiyini bildirir. Evpaltarı. Ev başmağı. Ev xörəyi. Ev çörəyi. Ev tapşırığı. Ev işləri. Ev bizim, sirr bizim - gizli saxlanmalı olan söz, iş haqqında deyilir. Ev bizim, sirr bizim, söhbətini elə, Fərmandan de! Mir Cəlal. Ev yıxmaq - birinə pislik etmək,
bədbəxt etmək. [Mərcan bəy:] Mənim evimi yıxdın, hələ bir gəlib pul da istəyirsən? Ü.Hacıbəyov. Evdə bişməyib, qonşudan gəlməyib - haqqında heç bir şey bilinməyən, heç bir təsəvvür olmayan şey haqqında. Axı neyləyim, evdə bişməyib, qonşudan gəlməyib, bir balaca tərpənəndə elə bilirəm çarpayı altımda yatacaq. I.Şıxlı. Evdə qalmaq - vaxtı keçdiyi halda ərə getməmək (qız haqqında). [Asya:] Bəs ay Gülçöhrə, onda daha heç ərə getməyib, evdə qalıb un çuvalına tay olacaqsan? Ü.Hacıbəyov. Evdən (ev-eşikdən) uzaq, evlərdən iraq! ölüm və ya fəlakətdən danışarkən söylənən evfemistik ifadə. [Məşədi Məmməd:] Allah evlərdən iraq eləsin, məni qorxudan elə işin burasıdır. R.Əfəndiyev. Evdən gəlmək pay gətirmək, əlidolu gəlmək. Evi abad, evin abadan! - yaxşılığa, hörmətə qarşı təşəkkür ifadəsi. [Əsgər Gülçöhrəyə:] Xanım, evin abadan, sənin əlinin bərəkəti mənə bəsdir. Ü.Hacıbəyov. Evi başına götürmək
bərkdən qışqırmaq, bağırmaq, çığırmaq. Uşaq evi başına götürüb. - Buzov isə ardıarası kəsilmədən mələyir, evi başına götürürdü. Ə.Əbülhəsən. Evi başına uçulmaq
bax evi yıxılmaq. Evi bərbad (viran) olmaq - bax evi yıxılmaq. Evi viran olmuş (dağılmış, bərbad olmuş, yıxılmış) bədbəxt, zavallı, yazıq. Nə çarə edim eşqimə pəs mən evi viyran; Yüz çöhrəyə mən müştəriyəm valehi-didar. S.Ə.Şirvani. [Məşədi Imam:] Axı, Məşədi evi yıxılmış başına nə daş salsın. Ə.Haqverdiyev. Evi yıxılmaq, evi bərbad olmaq - ağır bir fəlakətə düçar olmaq, bəlaya düşmək, bədbəxt olmaq. Eşiyin daşına ta dəydi rəqibin qədəmi; Evim ol ləhzəyıxıldı, başıma daş oldu. S.Ə.Şirvani. Qalar müsafiri-biçarə çarəsiz çöldə; Evi yıxıldı, əgər oğruya düçar oldu. M.Möcüz. Ədə, kişini qatıblar atın qabağına aparırlar, kişinin eviyıxıldı. C.Məmmədquluzadə. Evin tikilsin! - alqış, tərif məqamında işlənən ifadə (bəzən etiraz bildirir). [Teymur:] Ay evin tikilsin, on tümən elə mənim belimdəki fitənin qiymətidir. “M.N.lətif”. [Ələmdar Məşədiyə:] Evin tikilsin! Tamahın Əlinin zülfiüqarından da itidir! S.Rəhimov. Evin(i) yıxmaq - pis yola aparmaq, xatalı işə cəlb etmək, bədbəxt etmək. Deyir ki, Məşədi qorxulu yolnan gedir, oğlunu da özünə qoşub evini yıxır. M.Hüseyn. [Tamaşa:] Ağazalın evin yıxan elə siz olmadınızmı? Ə.Əbülhəsən. Evindən qaçaq düşmək - hər hansı bir səbəbə görə ailəsindən uzaqlaşmaq, aralı yaşamaq. Evindən düşəsən qaçaq; Sağ gözünə batsın bıçaq. Qurbani. Öz evini yıxmaq - ehtiyatsızlığı üzündən özünü bəlaya salmaq, ağır vəziyyətə düşmək, özünü bədbəxt etmək. [Süleyman bəy:] Kül mənim başıma, niyə mən böyüklər sözünə baxmadım, tay-tuşumu tanımadım, öz evimiyıxdım... Ə.Haqverdiyev.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

EL1

ugur_200x200.gif
language_dom2.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Fonetik təhlil. MİQ. Azərbaycan dili
Fonetik təhlil. MİQ. Azərbaycan dili
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Azərbaycan dili. Hansı sözdə kar tələffüz olunan cingiltili samit var?
Azərbaycan dili. Hansı sözdə kar tələffüz olunan cingiltili samit var?
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 2.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 2.
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin, Hindistan və Yaponiya)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin,...
Azərbaycan dili. Vurğusu ilk hecaya düşən əsl Azərbaycan sözlərini seçin (Testin izahı)

Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır? Coğrafiya. 7 sinif.
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır?...
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı idi. Azərb. tarixi
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı...
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə düzənlikdir
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə...
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni sahəsidir.
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə sədaqət əsas ...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə...
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan tarixi
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan...
Daxili planetlərə aid olmayan xüsusiyyət
Daxili planetlərə aid olmayan xüsusiyyət
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?

Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II Konstantinlə görüş...
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II...
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Bağla