İzahlı lüğət

EŞQBAZLIQ

is. 1. Eşq macəralarına meyil, yalandan eşq yetirmə, məhəbbətdən danışma, sevişmə. ..Uşaqlarımız bekar qalanda ya gərək teatrlarımıza gedib eşqbazlıq nümayişlərinə tamaşa eləsinlər, ya gərək küçə qapılarının ağzına yığışıb yoldan ötüb keçənlərə “ğoğo” eləsinlər.. C.Məmmədquluzadə. [Qafar:] Mən necə səni eşqbazlıq teatrına aparım. S.S.Axundov.
2. Aşiqlik, vurğunluq. Şərm eylə bu eşqbazlıqdan; Bifaidə cangüdazlıqdan! Füzuli. Ağlını cəm elə, olma sərsəri; Səndə yoxdur eşqbazlıq əsəri. Aşıq Pəri. □ Eşqbazlıq eləmək - aşiqanə macəralarla məşğul olmaq, arvadların dalınca düşmək, arvadlarla sevişmək, onlara yalandan eşq yetirmək. [Nəcəf:] Mən eşqbazlıq eləyəndə sən heç ananın qarnında yox idin. İ.Əfəndiyev.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

ER

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed