İzahlı lüğət

ƏNDAZƏ

is. [fars.] 1. Kağızdan, kartondan kəsilmiş ülgü. // Ölçü, miqyas, ölçü vahidi. □ Bir əndazədə - bir ölçüdə, bir qaydada. [Qızların] hamısının libası bir qiymətdə, bir əndazədə və bir ölçüdə idi. M.S.Ordubadi.
Tənasüb, simmetriya, quruluş düzgünlüyü. Onun bədən əndazəsi yerli-yerindədir.
məc. Hədd, hüdud; norma. Hər şeyin əndazəsi olmalıdır. Əndazədən artıq. - Əndazə qoyaq, üç gün oturaq. (Ata. sözü). Tükün əndazədən artıq görünür; Quyruğun gör necə yerlə sürünür. A.Səhhət. □ Əndazədən çıxmaq - əndazəni aşmaq, həddini aşmaq. Görsən tanımazsan yarımsaqqalı; Çıxıb əndazədən dövləti, malı. Q.Zakir. [Sübhanverdizadə] hər hansı bir qonaqlıqda əndazədən çıxmaz və öz hörmətini gözlərdi. S.Rəhimov. Əndazəyə düşmək - lazımi şəklə düşmək. Əndazəyə salmaq - yöndəmə, qaydaya salmaq, lazımi şəklə salmaq.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed