İzahlı lüğət

DÜRR

is. [ər.] 1. İnci, mirvari.
// məc. Şairanə təşbehlərdə gözəlin dişlərinə işarə. Ləli-ləbi bənzər gövhər kanına; Düzülüb gövhərtək dür dəhanına. M.V.Vidadi. Səmən iyli, səhabi zülf, ay qabaq; Qönçə dəhan, dür diş, ərğəvan dodaq. M.P.Vaqif. Sədəf dəhanında sərasər dişi; Dürri-bihəmtadır mədən içində. Q.Zakir.
2. məc. Saf və təmiz şey mənasında (ümumiyyətlə, saflıq, təmizlik rəmzi kimi işlənir). ...İnsan [Zərqələmə] baxarkən, qədim şairlərin dediyi kimi, palçığa düşmüş bir dürr və ya gövhər gördüyünü zənn edirdi. Ə.Sadıq.
□ Dürr kimi məc. - bərraq, parlaq şey haqqında. Bitir çəməndə lalələr, əlində alpiyalələr; Səhər zamanı dürr kimi, düşər ot üstə jalələr. A.Səhhət.
□□ Ağzından dürr tökmək (tökülmək) çox gözəl mənalı və rəvan danışmaq, gözəl və dəyərli sözlər söyləmək (bəzən təmtəraqla, lakin məzmunsuz danışmaq mənasında istehza məqamında işlənir). Yeriyəndə kətan köynək dizindən; Danışanda dürr tökülür sözündən. “Əsli və Kərəm”. Ağzından dürr tökür zalımın qızı; Bizdən yaxşı bilir dolanmamızı. S.Vurğun. [Tahir:] Kişinin oğlu danışanda ağzından dürr tökülür. M.Hüseyn.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed