İzahlı lüğət

DOVŞAN

is. 1. Gəmiricilər dəstəsindən qabaq ayaqları dal ayaqlarından qısa, uzun və dik qulaqlı, dodağı yarıq kiçik heyvan. Dovşanlar otla və bitki ilə keçinir. Dovşan əti dadsız olur. - Dovşanın gümanı ayaqlarına gələr. (Ata. sözü).
2. məc. Qorxaq, cəsarətsiz adam haqqında.
□□ Dovşan bıgı - xeyrə-şərə yaramayan adam haqqında. Dovşan qulagı - dik duran şey haqqında. Toybəyi bığlarını dovşan qulağına döndərmişdi. Mir Cəlal. Dovşan ürəkli - ürəksiz, cürətsiz, qorxaq. Dovşan yuxusu - qısa, lakin bərk yuxu, dərin yuxu. Dovşana qaç, tazıya tut demək - ikiüzlülük etmək. Dovşanı araba ilə tutmaq - bir şeyi üsulluca, tələsmədən, səbirlə, ustalıqla əldə etməyə çalışmaq.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed