Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

DOLDURMAQ

f 1. Boş şeyi dolu etmək, bir şeyin içinə doluncaya qədər şey qoymaq (tökmək), dolu hala gətirmək. Kisəni unla doldurmaq. Vedrəni su ilə doldurmaq. Topu hava ilə doldurmaq. Anbarı odunla doldurmaq. - Qurban .. küpəni götürüb endi həyətə, arxdan küpəni doldurub gətirdi, ləyənə su tökdü.. C.Məmmədquluzadə. ..İnəkləri sağıb üçqulplu qazanı doldurduq. A.Divanbəyoğlu. Diyar kişi çubuğuna tənbəki doldurmağa başladı. Ə.Məmmədxanlı.
// Bir şeyin tərkibinə həddən artıq başqa şeylər daxil etmək. Məqaləsini sitatlarla doldurmuşdur. - [Şair Ərəstun:] ..Bu başlıqların altını zəngin şeir misraları ilə doldurmaq lazımdır. S.Rəhimov.
// Bir şeyi bir qabın və s.-nin içinə qoymaq, tökmək. Paltarları çamadana doldur. Bu almaları yerdən yığıb tabağa doldur.
// Yükləmək, qoymaq. Dolu kisələri maşına doldurdular. Vaqonları yüklə doldurmaq. - Allaflar çuval-çuval arpa, buğda və saman alıb arabalara doldurur, eşşəklərə yükləyirdilər. A.Şaiq.
// Kütlə halında bir yerə yığmaq, toplamaq, bir yerdə cəmləşdirmək, bir yerə daxil etmək, salmaq. Qarovulçular adamları kameralara doldurdular. Mir Cəlal.
// məc. Yayılmaq, tutmaq, çulğalamaq, bürümək; yayılaraq bürümək. Duman dərəni doldurmuşdur. Güllərin ətri otağı doldurmuşdur. - Ağlayan arvad-uşağın səsi küçəni doldurmuşdu. M.S.Ordubadi. ..Quşlar öz keflərində idilər və cəh-cəh ilə min cür nəğmələr oxuyub meşəni sədaları ilə doldurmuşdular. A.Divanbəyoğlu.
// Kütlə halında bir yerə daxil olmaq, doluşmaq, yerlərin hamısını tutmaq. Tamaşaçılar zalı doldurmuşdular.
Tamamilə yerinə yetirmək, həyata keçirmək, ödəmək. Planı doldurmaq. - Tahir trestlərinin hamıdan qabaqda getdiyini və bir neçə gün əvvəl illik planı doldurduqlarını söylədi. M.Hüseyn.
Anketin, blankın və s.-nin boş qoyulmuş yerlərinə lazım olan şeyləri yazmaq. Anket doldurmaq. Poçt blankını doldurmaq.
Tüfəng, tapança və b. odlu silahlara barıt, güllə və s. qoyub atılmağa hazırlamaq. Şirəli çiynindəki tüfəngi doldurdu.. M.Hüseyn. İndi tüfəngini doldur, hazır qoy; Özün də diqqətli, ehtiyatlı ol. M.Rzaquluzadə. Həmzə ilə Qədir də .. Çayqırağı tərəfi nişan alaraq atır, biri alman topçu tüfəngini, ikincisi isə mauzerini doldurur, boşaldırdılar. Ə.Əbülhəsən.
Dənizə, gölə, bataqlığa və s.-yə daş, torpaq və s. tökməklə quru hala gətirmək, qurutmaq. Bataqlıqları doldurmaq. Sahilin dayaz yerlərini doldurdular.
// Çuxur bir yerə daş, torpaq və s. töküb onu düzləndirmək. Çalanı doldurmaq. Xəndəyi doldurmaq. Quyunu doldurmaq.
Əskik olan şeyi tamamlamaq, bir şeyin kəsirini tamam etmək. Qızın qohum-əqrəbaları hərə bir cürə pay gətirib, qızın cehizində olan nöqsan şeyləri dolduracaqlar. R.Əfəndiyev.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

DO2

ugur_200x200.gif
language_dom2.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Fonetik təhlil. MİQ. Azərbaycan dili
Fonetik təhlil. MİQ. Azərbaycan dili
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Azərbaycan dili. Hansı sözdə kar tələffüz olunan cingiltili samit var?
Azərbaycan dili. Hansı sözdə kar tələffüz olunan cingiltili samit var?
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 2.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 2.
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin, Hindistan və Yaponiya)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin,...
Azərbaycan dili. Vurğusu ilk hecaya düşən əsl Azərbaycan sözlərini seçin (Testin izahı)

Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır? Coğrafiya. 7 sinif.
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır?...
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı idi. Azərb. tarixi
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı...
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə düzənlikdir
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə...
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni sahəsidir.
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə sədaqət əsas ...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə...
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan tarixi
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan...
Daxili planetlərə aid olmayan xüsusiyyət
Daxili planetlərə aid olmayan xüsusiyyət
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?

Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II Konstantinlə görüş...
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II...
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Bağla