İzahlı lüğət

DINQILDATMAQ

icb. 1. Toxunduraraq metal qablarda və ya simli musiqi alətində səs çıxarmaq. Həyətdə palaz döşənib samovar qurulmuşdu. Mollabacı mis ləyəni dınqıldadıb oxuyurdu. Çəmənzəminli. Bayır tərəfdən divarların dibi ilə uzanan sərv ağacları yenə də yavaş-yavaş tərpənir və qırmızı taxtapuşu xırdaca-xırdaca dınqıldadırdı. S.Rəhimov.
// zar. Çalmaq. Aşıq da sazı dınqıldadıb, yanıqlı səs ilə oxuyurdu.. Çəmənzəminli. [Ələsgər dayı] hər axşam balaca nimdaş döşəkcənin üstündə oturub bu sazı dınqıldadır və .. mahnı oxuyardı. İ.Əfəndiyev. Yan tərəfdə oturub mandalinasını dınqıldadan Əsgər də sükut edib ona baxdı. M.Hüseyn.
Taqqıldatmaq.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed