İzahlı lüğət

DİMDİK

is. Quşların ağızlarının irəliyə uzanmış buynuz kimi sərt hissəsi. Ağacdələnin dimdiyi biz kimi olur. Qırğının əyri və sərt dimdiyi. - Quşlar yuvalarında oturub dimdiklərini təmizləyirdilər. N.Nərimanov. [Buğacın] tərlan dimdiyinə bənzər zərif burnu .. yuvarlaq üzünə xüsusi bir yaraşıq verirdi. M.Rzaquluzadə.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!