İzahlı lüğət

DİLLƏŞMƏK

f 1. Danışmaq, bir-biri ilə söhbət etmək. Ləzzət olur yar-yar ilə dilləşə; Hicran çəkib çiçəklənə, gülləşə. Xəstə Qasım.
// Məc. mənada. Quşlar bu tellər üstündə oturub dilləşirlər. Mir Cəlal.
Bəhsləşmək, mübahisə etmək, sözə gəlmək, sözləşmək. Müdirlə dilləşmək. Qonşu ilə dilləşmişdi.
məc. Qabaqcadan danışıb sözbir eləmək, razılığa gəlmək, qərarlaşmaq, dilbir olmaq. Son iclasda özlərini necə aparmaq üçün dilləşmək istəyənlər .. toplanmışdı. M.S.Ordubadi. Bu məsələ dilləşmədən belə, hər iki cavanın arasında qət olundu. S.Rəhimov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed