İzahlı lüğət

DİL-DODAQ

top. Ağızdakı dil və dodaqlar.
□□ Dil-dodağı kilidlənmək - danışmağa qüdrəti olmamaq, lallaşan kimi olmaq. Əsir dinmir, kilidlənmiş sanki dili-dodağı. Ə.Cəmil. Dil-dodağı qurumaq - 1) bərk
susamaq; 2) təəccüb, heyrət içində qalıb danışa bilməmək, mat qalıb söz tapmamaq. Dil-dodağı yanmaq - b ax dil-dodağı qurumaq 1-ci mənada. Dil-dodaq açmaq
söz demək, danışmağa başlamaq. Təhrik eyləməsə səba, qönçənin; Ağzı nədir aça dil-dodaq sənə. Q.Zakir. Dil-dodaq gəmirmək, dil-dodağını gəmirmək - bərk acıqlanmaq, qəzəblənmək. Zamanov, Əsgər danışdıqca bərk qızışır, əsəbiləşir və dildodağını gəmirirdi. S.Rəhimov. Məktub oxunub qurtarınca Əzizlə Səməd dil-dodağını gəmirir. Ə.Vəliyev.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed