İzahlı lüğət

DƏRS

is. [ər.] 1. Müəyyən bir fənni öyrənmək üçün daimi, müntəzəm təlim. Edirəm kəsbi-elm leylü nəhar; Gündüzüm dərsdir, gecəm təkrar. S.Ə.Şirvani.
// Tədris işi, məktəbdə məşğələ. Dərslər saat 9-da başlanır. - Payız fəsli daxil oldu. Dərslər başlandı. C.Məmmədquluzadə. [Nigar] hər gün dərsə gedir, iclasları da buraxmayırdı. S.Hüseyn.
// Ayrıca bir fənnə həsr olunmuş vaxt, saat. Üçüncü dərs ilə dördüncü dərs arasında böyük tənəffüs. - Aşağı siniflərdə birinci dərslərim pis keçmədi. A.Şaiq.
Gələn məşğələyə hazırlaşmaq, oxuyub öyrənmək üçün müəllimin şagirdə verdiyi tapşırıq, iş. Dərsini hazırlamaq (öyrənmək). Dərslərini yaxşı bilmək.
// Məktəbdə keçilən fənnin hər biri. Musiqi dərsi. Riyaziyyat dərsi. - Ədəbiyyat dərsi .. maraqlı idi, elə bil hamı dadlı həyatın şeri ilə nəfəs alırdı. M.Hüseyn. Reyhan bütün dərslərindən; Hər bir zaman beş alırdı. M.Dilbazi.
// Oxuma, təhsil alma. ..Aqil də yır-yığış edib şəhərə, dərsə gəlməyə hazırlaşırdı. Mir Cəlal.
Dərs oxumaq - təhsil almaq. [Fərman] məktəbdə dərs oxuyur, kənd klubunda kino tamaşalarına baxır, rayon mərkəzindən və Bakıdan gələn artistləri dinləyirdi. Ə.Sadıq.
// Təhsil, elm, bilik, savad. Onun dərsi azdır.
..Mən ləqəb sözünü bildirə kimi bilməzdim, çünki dərsim o qədər yoxdu. C.Məmmədquluzadə.
məc. Nəsihət, təlqin, öyrətmə. Dərsini yaxşı veriblər.
// İbrət, gələcək üçün nəticə çıxarıla biləcək bir şey, hadisə. İnsan üçün böyük dərslərin biri də tarixdir. C.Məmmədquluzadə.
□ Dərs almaq - ibrət götürmək, öyrənmək. Yaxşı yoldaşdan dərs almaq. - Gah batan, gah çıxan qış günəşindən; Dərs alıb dayanma gendə, ey ilham. M.Müşfiq. Dərs olmaq - ibrət olmaq. Qoyun örnək olsun qalanlarına; Dərs olsun bu, qoca-cavanlarına. H.K.Sanılı.
məc. Tənbeh, cəza.
□ Dərs(ini) vermək - tənbeh etmək, cəzalandırmaq. [Orxan:] Yavər belə qələt eləyə bilməz. Yoxsa, Səfa o dəqiqə dərsini verərdi onun. İ.Məlikzadə.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed