İzahlı lüğət

DƏHLİZ

is. [fars.] 1. Ev qapısı ilə otaqların qapıları arasında olan üstüörtülü aralıq; koridor. Yığılıb dağ kimi hər yanda kitab; Evdə, dəhlizdə və eyvanda kitab. M.Ə.Sabir. Əyləşir qocalar ikibir, üçbir; Qocalar evinin dəhlizlərində. B.Vahabzadə.
// Küçə qapısı ilə ev, yaxud evlə həyət arasında üstüörtülü yol. Burası qəsrin həyətini küçə qapısı ilə bir-birinə vəsl edən dəhlizdən ibarət idi. M.S.Ordubadi.
məh. Böyük otağa yapışıq kiçik otaq.
məh. Keçid. .. Dərənin arxasındakı dəhlizdə üst-üstə yığılan pətəklərdən .. arılar dəstə-dəstə çıxırdılar.. S.Rəhimov.
is. tib. Qulaq boşluğu, orta qulaq.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed