İzahlı lüğət

DƏFN

is. [ər.] Ölünü basdırma, torpağa təslim etmə. Mirzənin ölməyinin xəbəri şəhərə yayıldı. Oğlanlarının xatirəsi üçün şəhərin tüccarı və əyanı onun dəfnində iştirak edirdi. Ə.Haqverdiyev. Xanların yaralandığı səhnə və dəfn mərasimi Tahirin könlündə silinməz bir iz buraxdı. M.Hüseyn.
□ Dəfn etmək - basdırmaq, torpağa təslim etmək (ölünü). ..Yol kənarında köhnə xaraba bir qəbiristan vardır, kəndlilər burada ölülərini dəfn edirlər. S.S.Axundov. Xədicə əlavə etdi: - Üçüncü və axırıncı vəsiyyətim də budur ki, məni qəbiristanda basdırmayınız. İki bağın mərzindəki o böyük qarağacın altında dəfn ediniz. S.Hüseyn; 2) məc. vaxtı keçmiş, əhəmiyyətini itirmiş bir şey hesab edərək, həmişəlik yaddan çıxarmaq, ortadan qaldırmaq. Köhnə adətləri dəfn etmək. - İçində dəfn etdi dərdisərini; O bildi, yox imişyazıyapozu. B.Vahabzadə. Dəfn olmaq (edilmək) - basdırılmaq. Bizim Novruz bayramının ikinci günü Petroqrad şəhərində azadlıq yolunda şəhid olan azadlıq qurbanları dəfn olublar. C.Məmmədquluzadə.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed