İzahlı lüğət

CİNAYƏT

is. [ər.] 1. Mövcud quruluşa qarşı yönəldilmiş və ya mövcud hüquq qanun və qaydalarını pozan ictimai baxımdan təhlükəli hərəkət; suç. Cavahir xanımı adam öldürmək kimi böyük bir cinayətə vadar edən nə idi? T.Ş.Simurq. Cinayət sübut olunana qədər Bəndalını Tahirzadəyə zaminə verdilər. Mir Cəlal.
məc. Yolverilməz, yaramaz, pis hərəkət, əməl.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!