İzahlı lüğət

CANSIXAN, CANSIXICI

sif. və zərf Darıxdırıcı, usandırıcı, bezikdirici, üzücü, çox maraqsız, təngəgətirən. Cansıxan yerlər. Cansıxıcı suallar. - Nagəhan qopan fırtınadan sonra şəhərə əsrarəngiz, qərib, bir az da cansıxan, dərin bir ölüm sükutu çökmüşdü. M.Hüseyn. Payız aylarına məxsus cansıxıcı bir ağırlıq qəsəbəni bürüyürdü. H.Nəzərli. Elə bil [Şahmarı] bütün aləmdən ayırıb, hara isə, cansıxan bir guşəyə atmışdılar. B.Bayramov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed