İzahlı lüğət

CƏRƏYAN

is. 1. Suyun öz məcrası ilə axması; axm. İti cərəyan.
// Dənizlərdə, okeanlarda suyun hər hansı bir istiqamətdə hərəkəti, habelə müəyyən istiqamətdə hərəkət edən su axınmm özü. Dəniz cərəyanları. İsti cərəyan. Soyuq cərəyan.
fiz. Elektrik yükünün hərəkəti; elektrik enerjisi. Yüksəktezlikli cərəyan. Cərəyanın gücü. - Keçirici mühitdə əmələ gətirilən elektrik sahəsi elektrik cərəyanı əmələ gətirir. Z.Kazımzadə.
məc. Ədəbi-bədii və ya ictimai, siyasi hadisə. Satirik cərəyan. Mürtəce cərəyan. İncəsənətdə cərəyanlar. - “Kəşkül” səhifələrində köhnə sxolastik ədəbiyyat üslubu ilə hakim ədəbi cərəyan olmağa başlayan realizm ədəbi üslubu mübarizə edir. M.İbrahimov.
□□ Cərəyan etmək - 1) keçmək, axmaq, hərəkət etmək. Quru səhralar ancaq isti küləklər cərəyan edən zaman səslənir, həm də çox darıxdırıcı, yorucu olurlar. S.Rəhimov; 2) baş vermək, olmaq. Hadisə də o vaxt olduğu kimi, Qafqazın kim bilir harasında.. cərəyan edirdi. Ə.Əbülhəsən. Hadisələr sürətlə cərəyan edirdi. Mir Cəlal;
keçmək. Həyatın necə cərəyan edir?
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

CAD

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed