/home/shagird/public_html/files/ads/mid_body_additions/ads_block_array_file_28.php

İzahlı lüğət

CƏM

is. [ər.] 1. Bir şeyin ümumi sayı, miqdarı, toplusu.
□ Cəm etmək (eləmək) - toplamaq, yığmaq. Xülasə, yoldaşlarımı biryerə cəm elədim və ağdamlılar kimi başladıq hesab görməyə. C.Məmmədquluzadə. Azacıq məvacibə qənaət edən muzdur öz boğazından qəpik-qəpik kəsib, on ilin ərzində altı yüz manat pul cəm etmişdi. S.M.Qənizadə. Cəm olmaq - toplaşmaq, yığışmaq. Meşənin tamam bülbülləri tarların səsinə cəm olmuşdular. Ə.Haqverdiyev. Sabah açıldı. Gün qalxdı. Böyük, kiçik hamı kluba cəm oldu. Qantəmir.
2. riyaz. Bir və ya bir neçə ədədin üst-üstə gətirilməsindən hasil olan ədəd, toplama.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......