ZE+education...

İzahlı lüğət

BORC

is. 1. Qaytarılmaq şərti ilə birindən alman, ya birinə verilən pul və sairə; alacaq, verəcək. Borc pul verənin dili uzun olar. (Ata. sözü). [Molla Qasım:] Toyuq, ördək, qax, qoz ki vardır... Bunlardan gətirin, borclarınıza hesab edək.. S.S.Axundov.
Borc almaq - qaytarmaq şərti ilə birindən bir şey və ya pul almaq.
Borc etmək - borc olaraq birindən pul və ya başqa şey almaq. [Axund:] Buna xatircəm olub min manatadək borc eləmişəm. Ə.Haqverdiyev. Borc vermək - qaytarmaq şərti ilə birinə bir şey və ya pul vermək. Borca düşmək (batmaq, girmək) - çoxlu borc etmək, ondan-bundan çoxlu borc almaq. Borca salmaq - borca düşməsinə, özündə olmadığı üçün başqasından borc almasına səbəb olmaq. Borcdan qurtarmaq (çıxmaq) - bütün borclarını verib qurtarmaq. Borcunu vermək
1) almış olduğu borcu geri qaytarmaq. [Məşədi Əsgər] xozeyindən aldığı puldan səkkiz manat iki abbası qonşu dükançının borcunu verdi. S.M.Qənizadə; 2) məc. vəzifəsini, borcunu yerinə yetirmək.
Ödənilməmiş vergi və s. Vergi borcları.
Vəzifə. [Süleyman bəy:] Sən mənim atamsan və sənə hörmət eləmək mənim borcumdur. Ə.Haqverdiyev.
□ Borc bilmək - özünə vəzifə hesab etmək. Ancaq [Heybət] sarsılmaz bir vəziyyətdə, qarşısında duran Şamoya cavab verməyi özünə borc bildi. S.Rəhimov. Borc olmaq - vəzifə olmaq, ödəniləsi lazım gəlmək, üzərinə vəzifə qoyulmaq. Borc olsun, əvəzini çıxarıq.
Haqq, minnət. O mənə çoxyaxşılıq edib, mənim ona çox borcum var.
□ Borcdan çıxmaq - əvəzini vermək, minnətdən çıxmaq, qarşılığını vermək.
□□ Nə borcum(a), nə borcun(a), nə borcumuzdur (borcundur) - mənə (sənə) dəxli yoxdur, mənə (sənə) aid deyil, mənim işim (sənin işin) deyil, nə işimə (nə işinə). A qardaşlar, mənim nə borcumdu ki, məvacibiniz az, zəhmətiniz həddən artıq və rahətliyiniz əbədən yoxdur. C.Məmmədquluzadə. Xoş keçmədi il çöllüyə, dehqanə, nə borcum; Yağmadı yağış, bitmədi bir danə, nə borcum. M.Ə.Sabir. [Fatma xanım:] Sənin ha qardaşın alıb gətirməyib, mənim oğlum gətirib. Sənin nə borcun? N.Vəzirov. \Hacı İsfahani:] Nə borcuna nə düşünürəm, sən de görüm, niyə gəlmisən? M.İbrahimov. Borcun(a), borcum(a) deyil, sənə (mənə) borc deyil - bax nə borcum(a). ..\Güləndam:] De ki, sənin borcun deyil,.. vaxtını mən özüm gələrəm, deyərəm. N.Vəzirov \Qarı:] Gec gəldim, .. birisi gün gəldim, borcuna deyil. Ə.Əbülhəsən.
BORC-XƏRC is. bax borc 1-ci mənada. Aslan borc-xərc pul düzəldib \Fərhadı] Kiyevə instituta göndərdi. C.Cabbarlı. Öz borc-xərcini verəndən sonra \Qulamın] cibində dörd yüz manat dəxi qalmışdı. S.Rəhimov.
□ Borc-xərc eləmək - başqasından borc almaq.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
Ugur MM
Language dom
Alsat.az - ən rahat aliş-veriş saytı
Tereggi 1
Yeni video
Bioogiya. Dəri. Dərinin quruluşu və funksiyası.
Bioogiya. Dəri. Dərinin quruluşu və funksiyası.
Yeni video
Fizika. Gərginlik. Gərginliyin olculmesi. Elektrik cərəyan. Elektrik qüvvəsi
Fizika. Gərginlik. Gərginliyin olculmesi. Elektrik cərəyan. Elektrik qüvvəsi
Yeni video
Cümlə. Cümlənin tərkibi. Cümlə üzvləri. Sadə və mürəkkəb üzvlər
Cümlə. Cümlənin tərkibi. Cümlə üzvləri. Sadə və mürəkkəb üzvlər
Modal sözlər
Modal sözlər
Məktəblərə olan “qeyri-qanuni” müəllimlər. Vahid məktəbli formasina keçilir.
Məktəblərə olan “qeyri-qanuni” müəllimlər. Vahid məktəbli formasina keçilir.
Ədat. Ədatlar. Qüvvətləndirici, Dəqiqləşdirici, Sual, Əmr, Təsdiq, İnkar və Arzu ədatları
Ədat. Ədatlar. Qüvvətləndirici, Dəqiqləşdirici, Sual, Əmr, Təsdiq, İnkar və Arzu...
......
Bağla
Distinct error1552: Unknown column 'height' in 'field list'