İzahlı lüğət

BİRLƏŞDİRMƏK

f. 1. Yapışdırmaq, birbirinə calamaq, qovuşdurmaq, bir-birinə bənd etmək. Elektrik məftillərini birləşdirmək. Sınmış hissələri lehimlə birləşdirmək.
Bir neçə, yaxud bir çox şeyi bir araya toplayıb bir tam halına salmaq. Müəssisələri birləşdirmək. Sənayenin eyni tipli sahələrini birləşdirmək.
Aralarında vəhdət, birlik yaratmaq. Dəstənin apardığı çətin iş onları [kəşfiyyatçıları] yumruq kimi birləşdirmişdi. S.Rəhimov.
İctimailəşdirmək, ümumiləşdirmək. Təsərrüfat alətlərini birləşdirmək.
Aralarında əlaqə yaratmaq, rabitə yaratmaq, bağlamaq. İki şəhəri bir-biri ilə şose ilə birləşdirmək. Məni telefonda şəhərlə birləşdirin. Çayın hər iki sahilini körpü ilə birləşdirmək.
// Qovuşdurmaq, yaxmlaşdırmaq. Tale onları birləşdirdi.
məc. Uyğunlaşdırmaq, uzlaşdırmaq, əlaqələndirmək, bağlamaq. Nəzəriyyə ilə təcrübəni birləşdirmək. O, cəsarətlə soyuqqanlığı birləşdirə bilir.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed