İzahlı lüğət

BAHA

[fars.] 1. is. Dəyər, qiymət. Çəkmənin bahası. Bahası on qəpiyə dəyməz.
[Vəli:] A kişi, olar ki, bir at bahası əlimizə düşə.. M.F.Axundzadə. Bu sandıqdayüz min dinar bahasında daş-qaş, cavahirat vardır. M.Hüseyn.
// Əvəz, qarşılıq. [Mirzə:] Məgər mənim imanımın bahası belə rəftardır? Ə.Haqverdiyev.
sif. Yüksək qiymətlə satılan, ya alman (ucuz ziddi). Baha qiymət. Baha mal. - Bir aydan sonra o, bir gödək berdankanı çox baha qiymətə alıb, samanlıqda gizlətdi. S.Rəhimov.
Yönl. halda: bahasına - bir şeyi əldə etmək üçün sərf edərək, qurban verərək. O öz biliyini inadlı əmək bahasına qazanmışdır. - [Azadm] baqi qalan son dəqiqələri, onun hər nəfəsi bir düşmən həyatı bahasına tamam olur. Ə.Məmmədxanlı.
// Yolunda, uğrunda. Qədəh bahasına can vermək istərəm, amma; Nə çarə kim, iki aləm olur bəhayi-qədəh. S.Ə.Şirvani.
□□ Baha oturmaq - çox bahaya, böyük səy və zəhmətə mal olmaq, yaxud çox pis nəticələnmək, nəticəsi pis olmaq. [Əlyarov:] Yazıqsan, bala, cavanlığını nəzərə alıram, yoxsa bu səhvin sənə baha oturardı. M.Hüseyn. Od (qızıl) bahasına - çox baha, həddindən artıq baha qiymətə.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

BA

......