İzahlı lüğət

AVARA1

[fars.] 1. is. Heç bir işlə məşğul olmayaraq boş-boş gəzən adam, işsizgücsüz adam. Burası xırda alverçilərin və bazar avaralarının dolandığı yer idi. M.İbrahimov.
// sif İş bacarmayan, bir iş yiyəsi olmayan heç şeyə yaramayan. ..Qaraca qız da sərxoş və avara Yusifın hər bir əzabına dözür. S.S.Axundov.
2. sif. Yersiz-yurdsuz, məskənsiz, sərsəri, sərgərdan. Quduzluğun yayılmasının qarşısını almaqdan ötrü quduz və avara itləri məhv edirlər. - Avara itin hörməti olmaz. (Ata. sözü).
□ Avara dolanmaq (gəzmək) - işsiz, boş-bikar gəzmək, veyllənmək, tənbəllik edib heç bir işlə məşğul olmamaq. Avara düşmək - vətənindən, yurdundan məhrum olmaq, sərgərdan qalmaq. [Müsyö Jordan:] 'Parij dağılıb, Tülyeri yıxılıb, Fransanın səltənəti pozulub, kral avara düşüb. M.F.Axundzadə. Avara etmək
b a x avara qoymaq (salmaq). Avara qalmaq - əli hər şeydən çıxmaq, yerindənyurdundan olmaq. Avara qoymaq (salmaq)
işdən-gücdən eləmək, məəttəl qoymaq, işindən ayırmaq; yerindən-yurdundan eləmək, evindən-eşiyindən ayırmaq, sərgərdan qoymaq. [Tükəz:] Kişiciyi tovlayıb aparıb, avara saldınız. M.F.Axundzadə. [Qonaqlar] kişini işdən avara edib çağırdılar, bəhslərini söylədilər. S.S.Axundov. Bu baxışlar Nadiri dəli edib çöllərə salır və bir neçə günlük işdən avara qoyurdu. B.Talıblı. Avara olmaq - b a x avara qalmaq. Avara sərgərdan düşmək - b a x avara düşmək. Avara-sərgərdan etmək - b a x avara etmək. [Mirzə:] Evi bərbad olmuş məni işimdən-gücümdən avara-sərgərdan eləyib gətirib buraya.. Ə.Haqverdiyev.
avara-avara zərf Veyil-veyil, boşboşuna, heç bir işlə məşğul olmayaraq. Avara-avara veyllənmək.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44

AYA

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed