İzahlı lüğət

ATLANMAQ2

f. 1. Tullanmaq, sıçramaq, hoppanmaq. Arxdan atlanmaq. Xəndəkdən atlanmaq. -Sənə elə bir meymun havası çalım ki, sıçrayıb dik atlanasan. S.S.Axundov.
// Bir şeyin üstündən atlanıb keçmək, aşmaq. Bir ay yarım növbahardan keçəndə; Köysündən atlanır sellərin, dağlar! Aşıq Ələsgər.
2. Döyünmək, çırpınmaq. [Hacı Murad:] Gör ürəyim necə atlanır. S.S.Axundov. Dərs zamanı həmişə [Sabirin] ürəyi atlanırdı. S.Rəhimov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed