İzahlı lüğət

ASİMAN

is. [fars.] Göy, səma. Könülpərvaz etdi qalxdı havaya; Yer üzündən asimana yetişdim. M.P.Vaqif. Qatar-qatar olub qalxıb havaya; Nə çıxıbsız asimanə, durnalar! M.V.Vidadi. İnsan övladının asiman qədər; Ulduzu sayrışan bir lisanı var. S.Vurğun.
Asimana bülənd olmaq - göyə qalxmaq, ucalmaq. Mübarəkbad sədası xalqdan asimana bülənd oldu və bargahın imarətlərindən əksi-təkrar tapdı. M.F.Axundzadə. Səhranın günbatan tərəfindən gördüm bir şölə asimana bülənd olub, işığı hər yeri bürüyübdür. Ə.Haqverdiyev. Bir azdan kəndin kənarında çalğı səsləri asimana bülənd olur. S.Rüstəm.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

ABA

44

ANA

AT1

AYA

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed