ZE+education...
Kurikulum+sinaqlar...

İzahlı lüğət

AĞNAMAQ

f 1. Dalı üstə uzanıb ayaqlarını yuxarı qaldıraraq, o üz-bu üzə çevrilmək (bəzi heyvanlar haqqında). Eşşək ağnayır.
// məc. dan. Yerə sərilərək üst-başmı toza-torpağa sürtüb batırmaq. Uşaqlar tozun içində ağnayırlar. - Günah çamırında ağnayana bax; Onun da baxtına günəş doğulur. M.Araz. Comalaşıb qarışqatək qaynardıq; Yavaş-yavaş bağçalarda ağnardıq... Şəhriyar.
məh. Uçmaq, yıxılmaq, dağılmaq, tökülmək. Birinin divarının kərpicləri ağnayıb tökülmüşdü biz durduğumuz yerə tərəf. C.Məmmədquluzadə. Elə bil Qədim dayının üstünə bir dağ ağnayıb töküldü. S.Rəhimov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

ALU

Ugur MM
Language dom
Alsat.az - ən rahat aliş-veriş saytı
Elbite tibb kurslari
Tereggi 1
......
Bağla