1
AĞARMAQ sözünün izahı / AĞARMAQ sözünün mənası
ZE+education
kitab_satishi+
Tehsilmerkezleri+az.+mid+ads

İzahlı lüğət

AĞARMAQ

f. 1. Ağ olmaq, ağ rəng almaq. Divarlar əhənglənəndən sonra yaxşı ağardı. Kətan yuyulduqca ağarar.
Qarla örtülmək, qar basmaq. Qar basmış və ağarıb gedən çöllərdən və təpələrdən başqa bir şey gözə dəymirdi. M.İbrahimov. Ağarıbdır düzlər, çöllər; Buz bağlayıb çaylar, göllər. M.Seyidzadə.
Görünmək, öz ağlığı ilə nəzərə çarpmaq (ağ şey haqqında). Dağların başı ağarır. Uzaqdan bir şey ağarır. - Sadə izlər belə yox daşlarda; Ağ dumanlar ağarır qaşlarda. S.Vurğun.
Yuyulub təmizlənmək, silinib təmizlənmək, parıldamaq, rəngi açılmaq. Çəngəlbıçaqlar sürtüldükdən sonra ağardı.
Saç və saqqala dən düşmək; çallaşmaq. Başı ağarmaq. Saqqalı ağarmaq. - Ağardı muyi-sər, qəddin xəm oldu, taqətin getdi; Sənə layiq deyil, Seyyid, belə məşuqəbaz olmaq. S.Ə.Şirvani.
Rəngi getmək, solmaq, bozarmaq. Parça yuyulan kimi ağardı. Gündən paltarım ağardı.
Açılmağa başlamaq; dan yeri sökülmək, işıqlanmaq. Gözü üfüqə sataşanda səmanın ağardığını hiss etdi. Mir Cəlal. Şərq üfüqləri ağarmağa başlayırdı. M.İbrahimov.
İrinləyib yetişmək (yara, çiban).
Yetişib vaxtı ötmək. ..Gömgöy olan bir taxıl, görürsən bir gün çallayıb, bir gün ağarır, vağanıyır, bir azdan tökülür, çürüyür. S.Rəhimov.
məc. Üzünün rəngi qaçmaq (qorxudan). Sərdar Rəşidin üzü qızarır və yenə də ağarırdı. M.S.Ordubadi.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
1
ugur_200x200_new.gif
ld.gif
qalaktika_200x200.gif
alsat_250x220.png
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif