Bolməyə aid atalar sözləri
Atalar sözü ID - 3629Vaxt ikən ağla, aşiq, el gələr, tünlük olar. |
Atalar sözü ID - 3630Vaxt olar ki, şahın da qaraçıya işi düşər. |
Atalar sözü ID - 3631Vaxtını itirən baxtını itirir. |
Atalar sözü ID - 3632Vaxtsız açılan gül tez solar. |
Atalar sözü ID - 3633Vaxtsız banlayan xoruzun başın kəsərlər. |
Atalar sözü ID - 3634Vaxtsız qonaq öz kisəsindən yeyər. |
Atalar sözü ID - 3635Var evi kərəm evi, yox evi vərəm evi. |
Atalar sözü ID - 3636Var var üstündən gələr. |
Atalar sözü ID - 3637Var yıxmayanı fələk də yıxmaz. |
Atalar sözü ID - 3638Varını verən utanmaz, yoxdan verən axmaqdır. |
Atalar sözü ID - 3639Varkən yox demə, cavabı yoğnuq olar. |
Atalar sözü ID - 3640Varlığa nə darlıq. |
Atalar sözü ID - 3641Varlığa tələsən yoxsulluğa tez düşər. |
Atalar sözü ID - 3642Varlının xoruzu da yumurta qoyar, toyuğu da. |
Atalar sözü ID - 3643Varlının iti harın olar. |
Atalar sözü ID - 3644Varlının könlü oluncaya qədər kasıbın canı çıxar. |
Atalar sözü ID - 3645Varlının varı kasıbın çənəsini yorar. |
Atalar sözü ID - 3646Varsa hünərin, hara getsən var yerin. |
Atalar sözü ID - 3647Vay ondadır çarvadar bacadar ola. |
Atalar sözü ID - 3648Ver yeyim, ört yatım, gözlə canım çıxmasın! |
Atalar sözü ID - 3649Verdiyin bir yumurta, onu da yırta-yırta. |
Atalar sözü ID - 3650Verən əl alan əldən üstün olar. |
Atalar sözü ID - 3651Verən əl dərd görməz. |
Atalar sözü ID - 3652Verən əli hər kəs sevər. |
Atalar sözü ID - 3653Verən əli kəsməzlər. |
Atalar sözü ID - 3654Verəndə imam olar, alanda şümür. |
Atalar sözü ID - 3655Verərsən pendir - elərəm kəndir, Verərsən aş - elərəm baş. |
Atalar sözü ID - 3656Verim vara baxmaz. |
Atalar sözü ID - 3657Vəfalı dost yad olmaz, görməsə yüz il səni. |
Atalar sözü ID - 3658Vəsmə bol olanda qaşa da çəkərlər, gözə də. |
Atalar sözü ID - 3659Vətən viranə də olsa, yenə cənnətdi. |
Atalar sözü ID - 3660Vətən yadına düşən qərib ağlamasın neyləsin?! |
Atalar sözü ID - 3661Vətənə gəldim, imana gəldim. |
Atalar sözü ID - 3662Vətənsiz olan kəfənsiz qalar. |
Atalar sözü ID - 3663Vəziri qarğa olanın ağzı zibillikdə gərək. |
Atalar sözü ID - 3664Vur babam, dövran sənindir. |
Atalar sözü ID - 3665Vur dedik, öldür demədik. |
Atalar sözü ID - 3666Vur deyənlə vuran yarıdır. |
Atalar sözü ID - 3667Vur ki beşik daldadı, Seyyid Əli xırmandadı. |
Atalar sözü ID - 3668Vura bilməyən, daşın böyüyündən yapışar. |
Atalar sözü ID - 3669Vuran igid dayısına gəyəşməz. |
Atalar sözü ID - 3670Vuran oğul ataya baxmaz. |
Atalar sözü ID - 3671Vuran öküzə Allah buynuz verməz. |
Atalar sözü ID - 3672Vurram ölər, kiş deyərəm - getməz. |
Atalar sözü ID - 3673Vurum uşağım öldürüm, qonşuma ad qazanım! |
Atalar sözü ID - 3674Vuruşun kor vuruşuna oxşamır. |
Bu səhifə dəfə baxılıb